Etimad İsmayılovun CƏNAZƏSİ AİLƏSİNƏ verildi
Dünən gecə saatlarında İstanbulda ofisində güllələnərək öldürülən Etimad İsmayılovun cənazəsi ailəsinə təhvil verilib. Publika.az “İxlas” xəbər agentliyinə istinadən xəbər verir ki, Florya adlanan ərazidəki ofisində şəriki Gözəl Dəmirov tərəfindən qətlə yetirilən E.İsmayılovun cənazəsi Yenibosna morqunda ekspertizadan keçirildikdən sonra ailə üzvlərinə təhvil verilib. Bildirilir ki, ərazidə təhlükəsizliyin təmin edilməsi üçün xeyli polis qüvvələri Yenibosnaya gətirilib. Əraziyə TOMA adı ilə tanınan suvuran texnikanın gətirilməsi də diqəti cəlb edib. Qeyd edək ki, qətlə yetirilən Etimad İsmayılov “Ədalət” partiyasının sədri, keçmiş nazir İlyas İsmayılovun oğlu, tanınmış jurnalist Sevil Nuriyevanın isə həyat yoldaşıdır. Onu qətlə yetirən Gözəl Dəmirov isə keçmiş polis zabiti və biznesmendir.