Mədəniyyət xadimlərinə fəxri adlar verilib – SİYAHI
Azərbaycan prezidenti İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib: “Xalq artisti” Əliyev Sabir Məhərrəm oğlu “Əməkdar artist” Əliyeva Tamilla Əliyevna İbrahimov Əliəhməd Mikayıl oğlu Məhərrəmov Vasif Məmmədəli oğlu Məlikov Nadir Adil oğlu Məmmədov Rafiq Əsgər oğlu Novruzov Əfsər Dilavər oğlu Sadıq-zadə İlahə Toğrul qızı “Əməkdar müəllim” Axundova Solmaz Məmməd qızı Sadıqova Zülfiyyə Şükür qızı Zeynalova Aliyə Aydın qızı “Əməkdar mədəniyyət işçisi” Ağasızadə Rasim Ağa oğlu İbadova Zülfiyyə Əli qızı. Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda musiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Mövlud Vəli oğlu Ocaqova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.