2018-ci ildə Bakıda yeni metro stansiyaları açılacaq? (AÇIQLAMA)
İstanbulda ilk dəfə olaraq maşinistsiz idarə olunan metro qatarları işə düşür.
AzerTaym.az xəbər verir ki, sözügedən qatarlar dekabrın 15-də xəttə buraxılacaq. Bəs Azərbaycanda necə, yaxın gələcəkdə belə qatarları görmək mümkün olacaq?
Bununla bağlı sualımızı Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevə ünvanladıq:
"Azərbaycanda belə qatarların xətdə buraxılması yaxın zamanlar üçün gözlənilmir".
Bakı Metropoliteninin yeni stansiyaları tikilir. 2018-ci ildə onlardan hansının açılışı gözlənilir? Qurum rəsmisi bununla bağlı konkret tarix açıqlamadı:
"Yeni ildə yeni stansiyalarımız açılması, bir sıra yeniliklər gözlənilir. Amma dəqiq heç nə deyə bilmirəm. Bu məsələlər açılışa az vaxt qalmış dəqiqləşir”.