Sərnişin qatarları yeni HƏRƏKƏT cədvəlinə KEÇİR

Beynəlxalq və ölkədaxili sərnişin qatarları yeni hərəkət cədvəlinə keçəcək. 

AzerTaym.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, Dekabrın 10-dan etibarən beynəlxalq və ölkədaxili sərnişin qatarları yeni hərəkət cədvəlinə keçəcək. Qrafikə əsasən Bakıdan bölgələrə hərəkət edən qatarlar indiki vaxtdan bir qədər gec yola düşəcək.

Bakı Dəmir Yolu Stansiyasının rəisi Nizaməddin Eminov bildirib ki, ölkədaxili dəmir yolu xətlərində aparılan yenidənqurma işləri qatarların daha sürətlə hərəkət etməsinə imkan verir. Bu səbəbdən də hərəkət qrafiki dəyişdirilib.

Beynəlxalq sərnişin qatarlarının da hərəkət cədvəlində dəyişiklik edilib. Bakı-Rostov əvvəl mövsümi olaraq apreldən oktyabradək hərəkət edirdisə, indi il boyu işləyəcək. O, illik rejimdə dörd gündən bir, yay rejimində isə bir gündən bir işləyəcək. Bakı-Rostov qatarının il boyu işləməsinə səbəb həmin istiqamətə tələbatın çox olması ilə bağlıdır.

Qatar Bakıdan 23:50-də yola düşəcək.






Fikirlər