12.03.2014. - Daha 7 “Ergenekon” məhbusu azad edildi
Martın 12-də Türkiyədə “Ergenekon” məhbuslarının azad edilməsi prosesi davam edib
Yerli xəbər portalları Türkiyə KİV-lərinə istinadlan xəbər verir ki, İstanbul 2-ci Ağır Cəza Məhkəməsinin qərarı ilə 6 il 2 ay həbsdə saxlanan Sevgi Erenerol, ehtiyatda olan polkovnik Fikri Karadağ azadlığa çıxıb.
Bir neçə saat sonra isə daha 5 məhbus - Zekeriya Öztürk, Hasan Ataman Yıldırım, Erkan Önsel, Turhan Özlü və Mehmet Bedri Gültekin haqqında həbs-qətimkan tədbiri dəyişdirilib.
Adı çəkilən şəxslər azadlığa çıxsalar da məhkəmə onların Türkiyəni tərk etməsinə yasaq qoyub.