Elman Mehdiyevin yeni iş yeri məlum olub - AÇIQLAMA
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sabiq rəhbəri Elman Mehdiyevin yeni iş yeri məlum olub. AzerTaym.az "APA"ya istinadən xəbər verir ki, E. Mehdiyev öz xahişi ilə DSMF-nin direktoru vəzifəsində ayrılıb və yeni tədris ilindən artıq Azərbaycan prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında müəllim kimi çalışacaq. Qeyd edək ki, E. Mehdiyev DSMF-də çalışdığı müddət ərzində də Akademiyada dərs deyib. Xatırladaq ki, ötən gün əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müvafiq əmrinə əsasən, Zakir Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna direktor təyin edilib. Nazirin digər əmrləri ilə Əminə Seyidzadə, Səfər Mehdiyev və Sərdar Xıdırov fondun direktorunun müavinləri vəzifələrinə təyin olunublar.