“İndiki vaxtda Ərdoğanı müzakirə etmək tərbiyəsizlikdir”

“Türkiyənin bu ağır günündə baş verənləri Ərdoğanın siyasəti ilə əlaqələndirmək doğru deyil. Bu dəqiqə Türkiyənin dərdinə şərik olmaq lazımdır.Belə bir vaxtda Türkiyənin daxili siyasətini müzakirə etmək mədəniyyətsizlik və tərbiyəsizlikdir”.

 Bunu Moderator.az-a açıqlamasında millət vəkili Aqil Abbas bildirib.

 Aqil Abbas deyib ki, bu gün Türkiyənin yanında olmaq lazımdır, Ərdoğanın fəaliyyətini ayrı vaxt müzakirə edərlər: “Türkiyədə namərdcəsinə terror aktları törədirlər. Bu il 20-yə yaxın terror aktı olub qardaş ölkədə. Bunun arxasında müəyyən qüvvələr var. Bu hadisələrdə Avropa dövlətlərinin, Türkiyəni sevməyənlərin əli var. Türkiyə 44 şəhid verib, bunu Ərdoğanın siyasətinə yönəltmək yanlışdır”.  

 Qeyd edək ki, bəzi politoloqlar Türkiyədə baş verən terror hadisələrini ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın apardığı yanlış siyasətin nəticəsi hesab edirlər.

AzerTaym.az 

 






Fikirlər