Azərbaycanlı milyader yanacaqdoldurma məntəqələrini SATIR
Azərbaycan əsilli iş adamı Vahid Ələkbərova məxsus LUKOYL şirkəti Rusiyadakı yanacaqdoldurma məntəqələrinin təxminən 30%-ə qədərini satmağı nəzərdən keçirir. Söhbət 700 yanacaqdoldurma məntəqəsindən gedir. "AzerTaym.az" fins.az-a istinadən xəbər verir ki, LUKOYL, Rusiyada biznesin rentabelliyinin aşağı düşməsi səbəbindən satış imkanlarını nəzərdən keçirir. LUKOYL Rusiyada 2544 yanacaqdoldurma məntəqəsinə malikdir.