Vahid Ələkbərov 1 ildə 1.7 milyard dollar itirib
Belə ki, 2014-cü ilin fevralında 13,6 milyard dollar sərvətlə Rusiyanın ən zəngin 7-ci biznesmeni sayılan Vahid Ələkbərov ötən 1 il ərzində ciddi maliyyə itkilərinə məruz qalıb və hazırda 11,9 milyard sərvətə malikdir.
Vahid Ələkbərov 2005-ci ildən bəri Rusiyanın ən zəngin 10 biznesmenindən biridir. Ona məxsus “Lukoyl” şirkəti İraqın şimalında dünyanın ən böyük neft yataqlarından olan “Qərbi Kurna-2” yatağının istismarı ilə məşğuldur.
2013-cü ildə Vahid Ələkbərov şirkətin səhmlərinin 21 faizini yeganə övladı Yusif Ələkbərova bağışlayıb (Modern.az).