01.10.2014 - Oktyabrın ilk günü hava necə olacaq?
"AzerTaym.az" AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir.Gündüz cənub küləyi 8-13 m/s olacaq.Temperatur gecə 15-17° isti, gündüz 20-24° isti, Bakıda gecə 15-17° isti, gündüz 22-24° isti olacaq.Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında gün ərzində hava, əsasən, yağmursuz keçəcək.Şərq küləyi 5-10 m/s olacaq.Temperaturun gecə 8-13° isti, gündüz 19-24° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcəkşŞərq küləyi 5-10 m/s olacaq.Temperaturun gecə 0-5° isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək.Şərq küləyi 5-10 m/s olacaq.Temperaturun gecə 10-15° isti, gündüz 19-24° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək.Şərq küləyi 5-10 m/s olacaq.Temperaturun gecə 7-12° isti, gündüz 15-20° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək.Şərq küləyi 5-10 m/s olacaq.Temperaturun gecə 10-15° isti, gündüz 19-24° isti olacağı gözlənilir.
Masallı, Yardımlı,Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı gözlənilir.Şərq küləyi 5-10 m/s olacaq.Havanın temperaturu gecə 14-17° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti təşkil edəcək.