Ağ Şəhər bulvarındakı gəmi dənizdən ÇIXARILIR

Bakı Ağ Şəhər bulvarı ərazisində Xəzər dənizində uzun illər istifadəyə yararsız halda qalmış gəminin demontaj edilərək çıxarılması prosesi davam etdirilir.

Bu barədə Trend-ə Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, gəmi sovet dövründən Xəzər dənizində istifadəyə yararsız vəziyyətdə qalıb:

"Gəmi Xəzər Dəniz Gəmiçiliyinin balansına verilməyib. Gəminin demontaj edilməsi işləri bizim tərəfimizdən aparılmır".

Qeyd edək ki, sözügedən istifadəsiz gəmi uzun illərdir ki, Xəzər dənizinin Ağ Şəhər ərazisindəki hissəsində qalıb. Son vaxtlar isə gəminin hissələrə bölünərək dənizdən çıxarılması işlərinə başlanılıb.






Fikirlər