"Mavi balina" daha bir can aldı - Ağdaşda 12 yaşlı uşağın intiharının TƏFƏRRÜATI
İntihar hadisəsi dünən baş verib. Bu sözləri Teleqraf.com-a açıqlamasında Nehrəxəlilli kənd bələdiyyəsinin müavini 7-ci sinif şagirdi İsmayıl Adıgözəlovun intiharı haqda danışarkən deyib. Onun sözlərinə görə, 12 yaşlı oğlanın dəqiq hansı səbəbdən intihar etməsi məlum deyil: “Amma kənd camaatının dediyinə görə, uşaq hansısa intelektual oyun oynayırmış və valideynləri də onu oyuna girməyə qoymayıb. Yəni, belə səbəbdən olduğu deyilir. Amma mən indi xəstəxanaya gedirəm. Dəqiq məlumatı yəqin orda biləcəm”. Qeyd edək ki, mətbuatda Ağdaş rayonunun Ləki qəsəbəsində 2005-ci il təvəllüdlü İsmayıl Adıgözəlovun yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar etdiyi barədə məlumat gedib. Onun özünə qəsd etməsinin dəqiq səbəbi məlum deyil. *** İsmayıl Adıgözəlovun valideynləri ilə əlaqə saxladım. Bu sözləri Teleqraf.com-a açıqlamasında Ağdaş rayonu Nehrəxəlil kənd bələdiyyəsindən Ayaz Kərimov bildirib. Onun sözlərinə görə, İsmayılın atası özü də bilmir ki, oğlu özünü nə səbəbdən asıb: “Atası oğlunu qorxutmadığını deyir. O, baş verənləri telefonda olan hansısa oyunla əlaqələndirir. Qonşu uşaqların, ətrafdakıların məlumatına görə, kimlərsə telefonda onu hədələyib. O, dünən qorxudan özün asıb. Adını da dəqiq bilmədim, amma deyilənlərə görə, “balina ovu” idi”. (Mavi balina – red.) Qeyd edək ki, mətbuatda Ağdaş rayonunun Ləki qəsəbəsində 2005-ci il təvəllüdlü İsmayıl Adıgözəlov yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar etdiyi barədə məlumat gedib. Onun özünə qəsd etməsinin səbəbi məlum deyil.