23.09.2014 - Göyçayda bələdiyyə sədri özünü asdı

23.09.2014 - Göyçayda bələdiyyə sədri özünü asdıGöyçay rayonunda intihar hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında rayonun Çayarxı kəndində qeydə alınıb. Kənd sakini, 1954-cü il təvəllüdlü Mahmud Şıxməmmədov yaşadığı evin həyətindəki mal-qara tövləsində özünü kəndirlə asaraq intihar edib.

2009-cu ildən Çayarxı, Qarabaqqal və Hacalıkənd kəndlərini birləşdirən Qarabaqqal bələdiyyəsinin sədri vəzifəsində çalışan, üç övlad atası olan M.Şıxməmmədovun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Hazırda rayon rəhbərliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir (APA).






Fikirlər