Ağdamda güclü atışma - Son dəqiqə (Foto)
Dünən axşam saatlarında qarşı tərəf Ağdamın təmas xəttində yerləşən bir neçə kəndini iri çaplı silahlardan və partlayıcı mərmilərdən atəşə tutub.
Təqribən 20 dəqiqəlik gülləbaran nəticəsində rayonun Çıraqlı və Orta Qərvənd kəndlərindəki evlərə ziyan dəyib. Atılan mərmilərdən bir neçəsi Çıraqlı kənd sakini Mötəbər Yəhya oğlu Şükürovun həyətyanı sahəsinə düşüb.
Nəticədə evin pəncərələri sınıb. Digər bir mərmi isə kənd sakini Aqil Aslanovun evinin qarşısına çəkilmiş istinad divarına dəyib. Partlayış nəticəsində hasarın bir hissəsi uçub. Kənd bələdiyyəsindən əldə etdiyimiz məlumata əsasən Çıraqlı kəndinə 11, Orta Qərvənd ərazisinə isə 15 mərmi düşüb. Kənd sakinləri arasında ölən və ya yaralanan yoxdur.
Hadisə yerinə rayon rəsmləri və polis şöbəsinin əməkdaşları da gəlib. Hazırda dəymiş ziyan araşdırılır.
/anspress/