“ZARA” da müştəriləri BELƏ aldadır

“ZARA” da müştəriləri belə aldadır

“28 Mall” ticarət mərkəzində yerləşən məşhur “Zara” mağazalar şəbəkəsi müştərilərini aldadır. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə tanınmış bloqqer Aysel Əhmədova öz hesabında video paylaşıb. O bildirib ki, rəfiqəsinə Yeni İl üçün hədiyyə almaq üçün sözügedən mağazada olub: “Elə bil outletdir. Bütün paltarlar yerdə idi. Xanımlar paltarların üstündən keçirdi. Bir paltarı bəyəndik. Etiketdə paltarın 169 manatdan 79 manata düşdüyü yazılmışdı. Onu götürüb kassaya yaxınlaşdım. Kassada əyləşən xanım satıcı mənimlə olduqca kobud davrandı. Hədiyyə paketini üstümə atdı. Dedi ki, özün paketlə mənim vaxtım yoxdur.  Hətta qiymətin 129 manat olduğu ortaya çıxdı. Halbuki 79 manat idi. Guya, qiymət səhv düşübmüş. Mağazdan çıxanda istədim ki, bütün üstünə 79 manat yazılan paltarları çəkim. Oğlan cəld davranıb bütün paltarları yığışdırıb apardı.

Bir sözlə, “ZARA” nın satıcıları  müştərilərinə qarşı çox mədəniyyətsiz şəkildə davranır. Onları qiymətlərdə aldadır, həmçinin kobud formada davranış nümayiş etdirir”.






Fikirlər