Bakıda PİYADANI vuran "POLİS" qaçdı
Nizami rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələn yol qəzası baş verib. Report xəbər verir ki, hadisə 8-ci kilometr qəsəbəsində baş verib. 1953-cü il təvəllüdlü Sarıyev Tofiq Əmrah oğlu 8-ci km bazarının qarşısından yolun digər tərəfinə keçərkən onu qara rəngli minik avtomobili vurub. Piyada ağır xəsarət alıb. O, təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Yaralının yaxınlarının verdiyi məlumata görə, hadisəni törədən sürücü özünü polis əməkdaşı kimi təqdim edib. Daha sonra yaralıya lazımı yardım göstəriləcəyini bildirirək, hadisə yerindən uzaqlaşıb. Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.