BAKIDA yaşayış BİNASINDA yanğın zamanı 35 nəfər TƏXLİYƏ EDİLDİ (YENİLƏNDİ)

Bakıda yaşayış binasında yanğın zamanı 35 nəfər təxliyə edildi

Bakının Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı bina sakinləri təxliyə edilib.

AzerTaym.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, binanın 7-ci mərtəbəsindən 15-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabeli 21 p.m yanıb.

Hadisə zamanı 35 nəfər bina sakini təxliyə olunub. Yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili təxirəsalınmaz tibbi yardım briqadasına təhvil verilib. Vəziyyətləri normaldır. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

***

Bakı şəhəri, Sabunçu rayonu Yavər Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada baş verən yanğınla bağlı hadisə yerinə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının beş briqadası cəlb edilib.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.

Onun sözlərinə görə, isterik reaksiya ilə bağlı yerində 4 nəfərə ilkin tibbi yardım göstərilib.

S. Əhmədova qeyd edib ki, 1 nəfər tüstüdən boğulub, həmin şəxs Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib. (apa0

***

Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verib.

Publika.az FHN-nin saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə gedib və yanğın söndürülüb.






Fikirlər