Bu günün hava PROQNOZu

Bu günün hava PROQNOZuAvqustun 14-də Bakıda və Abşeron yarımadasında günəşli hava şəraiti müşahidə olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "AzerTaym.az"-a verilən məlumata görə, gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 23-26°, gündüz 32-37° isti olacağı gözlənilir.

Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27°, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28°, Türkan, Hövsan, Şıx və Sahildə 28-29° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava şəraiti yağmursuz olacaq. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 35-40° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 27-32° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava şəraiti yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 33-38° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 32-37° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava şəraiti yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 35-40° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava şəraiti yağmursuz olacaq. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 22-25°, gündüz 32-37° isti, dağlarda gecə 16-21°, gündüz 27-32° isti olacağı gözlənilir
.






Fikirlər