4015 şirkət əməkdaşlarını qeydiyyatdan keçirdi

"Fəaliyyətinə icazə verilən qurumların əməkdaşlarının icazəsi üçün nəzərdə tutulan icaze.gov.az saytı bu gün saat 10:00-da fəaliyyətə başlayıb".

 "AzerTaym.az" modern.az-a istinadən məlumat verir ki, bunu Azərbaycana Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov bildirib.

 C.Salmanov qeyd edib ki, icazələr portalına bu saata qədər 4015 təşkilat  və qurum 7279 əməkdaşı barədə məlumatı sistem üzərindən qeydiyyatdan keçirib:

 “Hazırda sistemdə müəyyən qədər yükləmə var. Bunun da səbəbi odur ki, vətəndaşlar da icazə portalına daxil olaraq icazə almağa çalışırlar. Sistem üzərində iş gedir ki, daha da mükəmməl olsun. Bu sistem çox qısa müddət ərzində hazırlanıb, bunun da səbəbi karantin rejimi ilə əlaqədar sürətli qərarların verilməsidir”.

 Onun sözlərinə görə, icazələr sistemindən yalnız fəaliyyətinə icazə verilən qurumlar qeydiyyatdan keçə bilər.






Fikirlər