ASAN Xidmətin tabeliyindəki QURUMLARIN SİYAHISI dəyişdi - QƏRAR

ASAN Xidmətin tabeliyindəki qurumların siyahısı dəyişdi - QƏRAR

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.

Baş nazir Novruz Məmmədov tərəfindən imzalanan qərara görə, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs də daxil edilib.

Qeyd edək ki, "Elektron Hökumətin İnkişafı Mərkəzi" publik hüquqi şəxs Prezident İlham Əliyevin 14 mart 2018-ci il fərmanı ilə yaradılıb.






Fikirlər