Əməkdar artistin qardaşının qətlini kim sifariş verib? - ŞOK İDDİA
Əməkdar artist Nahidə Orucova 23 il əvvəl öldürülən qardaşının qətlinin yenidən araşdırılmasını istəyir. BAKU.WS xəbər verir ki, "Səni axtarıram" proqramında qardaşı oğlunun axtarışına çıxan aktrisa 1997-ci ildə evində qətlə yetirilən mərhum qardaşının müəmmalı ölümü ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəyini bəyan edib. Nahidə xanım qardaşının ölümündə gəlinlərinin əli olduğundan şübhələndiyini deyir: “Qardaşım öldürülən gecə həyat yoldaşı yanında olmayıb. Uşaq təzə olmuşdu, 40 günü çıxmamışdı. Uşaq doğulan kimi rayona anasıgilə getmişdi. Qardaşım öldürüləndə çox soyuqqanlı davrandı. Heç ərinin yasına da gəlmədi. Məhkəmələrdə də iştirak etmədi. Anamın rəfiqəsinin oğlu qətli boynuna götürdü və həbsdən çıxandan sonra bacımla mənə qatilin başqa adam olduğunu dedi. Amma ad demədi. Biz o vaxt çaş-baş qaldığımızdan gəlinimizin bu işdə əli olduğundan şübhələnmədik. İndi şübhələnirəm. Niyə o, qardaşım öldürülən gün uşağı da götürüb rayona gedib, niyə yasa gəlməyib? Bir çox gizlin qalan məqamlar var, gec də olsa bu cinayət işinə yenidən baxılmasını istəyirəm. İstəyirəm ki, qardaşımın qanı yerdə qalmasın, onu qətlə yetirən adam hər kimdirsə, tapılsın, cəzasını çəksin”.