Mayın 4-dən gözəllik salonları və bərbərxanalar AÇILIR
"Mayın 4-dən sonra vəziyyətə uyğun olaraq addımlar atılacaq və o zaman bərbərlər, gözəllik salonlarının fəaliyyətinə icazə verilə bilər".
"AzerTaym.az" xəbər verir ki, bunu “ölkə.az”a açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev deyib.
Onun sözlərinə görə, mayın 4-dən sonra vəziyyətdən asılı olaraq karantin rejiminin daha da yumşaldılması nəzərdə tutulur.
“Karantin rejimi mərhələ-mərhələ yumşaldıqca daha çox fəaliyyət sahələrinə icazə veriləcək. Vəziyyət araşdırılacaq və vəziyyətə uyğun addımlar atılacaq.
Ondan sonra daha hansı sahələrin fəaliyyətinə icazə veriləcəyi müəyyənləşəcək.
Vəziyyətdən asılı olaraq qərar veriləcək”, - baş infeksionist bildirib.