Bərbərxanalar və gözəllik salonları bu tarixdən fəaliyyətini bərpa edə bilər - AÇIQLAMA

"Mayın 4-dən sonra vəziyyətə uyğun olaraq addımlar atılacaq və o zaman bərbərlər, gözəllik salonlarının fəaliyyətinə icazə verilə bilər".

"AzerTaym.az" xəbər verir ki, bunu “ölkə.az”a açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, mayın 4-dən sonra vəziyyətdən asılı olaraq karantin rejiminin daha da yumşaldılması nəzərdə tutulur.

Karantin rejimi mərhələ-mərhələ yumşaldıqca daha çox fəaliyyət sahələrinə icazə veriləcək. Vəziyyət araşdırılacaq və vəziyyətə uyğun addımlar atılacaq.

Ondan sonra daha hansı sahələrin fəaliyyətinə icazə veriləcəyi müəyyənləşəcək.

Vəziyyətdən asılı olaraq qərar veriləcək”, - baş infeksionist bildirib.






Fikirlər