Gəncədə daha iki həkim koronavirusdan dünyasını dəyişib.
"AzerTaym.az" baku.ws-ə istinadən xəbər verir ki, Xatirə Əliyeva və Gülnisə Abbasova Bakıda müalicə aldıqları xəstəxanada vəfat ediblər. Qeyd edək ki, X.Əliyeva Gəncə şəhər Yoluxucu Xəstəliklər Xəstəxanasında, G.Abbasova isə ginekoloq işləyib. Hər iki həkim koronavirus infeksiyasının yayılmasından sonra Gəncədə xüsusi xəstəxanada virusa yoluxan xəstələrin müalicəsini aparıb.