Nazirlikdən Balakənin mərkəzində görünən ayılarla bağlı AÇIQLAMA...
Balakənin Mahamalar kəndində görünən qonur ayı balaları meşəyə geri qayıdıb. Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova məlumat verib. O qeyd edib ki, bu kimi hallar dünyanın bir çox yerində müşahidə olunur: “Görüntülərdəki balalar ehtimal olunur ki, kəndə yaxın meşəlik ərazidən yollarını azaraq gəliblər. Onların qida axtarışında olduqları güman edilir. Belə olan halda bu heyvanlara hər hansı bir müdaxilə etmək, onları təqib etmək olmaz. Çünki bu zaman heyvanlar aqressivləşə və stresə düşə bilər. Müdaxilə olunmadığı halda isə onlar ərazini sakit şəkildə tərk edirlər”.