Bakının ən böyük xəstəxanalarından birində işıqlar SÖNDÜ...

1 saylı Kliniki Tibbi Mərkəzdə işıqlar sönüb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatlar sosial şəbəkədə paylaşılıb. Söhbət Kliniki Mərkəzin 1-ci korpusundan gedir.

Vətəndaşlar artıq bir saatdan çoxdur klinikada elektrik enerjisinin olmadığını və bu səbəbdən istilik sistemlərində də problemin yarandığını qeyd edirlər.

Eyni zamanda xəstəxanaya müraciət edənlər arasında növbə üstündə mübahisə də yaranıb.






Fikirlər