Jurnalisti əməliyyat edən professor yenidən prokurorluğa çağırıldı

Jurnalisti əməliyyat edən professor yenidən prokurorluğa çağırıldıBakıda bir qrup şəxs tərəfindən döyülərək ağır bədən xəsarətləri alan və 1 saylı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişən jurnalist Rasim Əliyevi əməliyyat edən professor Saday Əliyev yenidən Bakı Şəhər Prokurorluğunun müstəntiqləri tərəfindən dindirilib.

Professor "Report"a açıqlamasında məlumatı təsdiqləyib.

Keçən dəfəki dindirmədən fərqli olaraq (ötən dəfə professor 1 saylı Kliniki Tibbi Mərkəzdə dindirilib - "Report") S.Əliyev bu dəfə Bakı Şəhər Prokurorluğuna çağırılıb və orada dindirilib.

Bu gün isə əməliyyatda iştirak edən digər həkim heyəti də ikinci dəfə dindiriləcək.

Özünün həbs olunma ehtimalına gəlincə, S.Əliyev bu barədə danışmaq istəmədiyini deyib.






Fikirlər