TƏBİB-dən YAP-a XƏYANƏT! Partiyadan qovulan stomatoloqa yüksək vəzifə necə verilib?

Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.”

Mərhum liderimiz Heydər Əliyevin bu devizinin çin olması üçün həm də onun yaratmış olduğu partiyanın siyasi xəttinə sadiqlik səhiyyə sistemində çalışanlar üçün çox önəmlidir. Təəssüf ki, bəzi həkimlər və TƏBİB təmsilçiləri üçün Əliyev iqtidarına aşkar siyasi xəyanət tərzi ortadadır.
"Demokratik.Az" saytı olaraq "TƏBİB" (Tibbi ərazi bölmələri idarəetmə birliyi) tərəfindən Azərbaycan prezidentinin siyasi ideologiyasına qarşı yönələn mühüm bir faktı oxucu diqqətinə təqdim edirik. İnanırıq ki, qurumun Elnarə Baxışova kimi başbilənləri Göygöl MRX PHŞ-nin özbaşına direktoru Vasif Əliyevin qeyri-sağlam idarəçiliyini malalamaqdan, ünvanımıza əsassız suçlamalardan əl çəkib xəstəxanada qəsdən pozulan qanunların, qərar və təlimatların aliliyini təmin etməyə səylər göstərəcəklər. Bugün “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinə Zamirə Ədilovanın yeni müdir təyinatı da xoş ümidlər yaradır.

Saytımızın əldə etdiyi yeni məlumata görə, Göygöl MRX PHŞ-də bir sıra ştatlar üzrə kadr-işçi təyinatında nöqsanlar var. Hətta, sabiq TƏBİB rəhbəri tərəfindən buraya direktor gətirilən Vasif Əliyevin özü də indi daşıdığı vəzifəsinə əslində qeyri-adekvat kadrdır. Deyərsiniz niyə, azından o səbəbə ki, bu direktor YAP-ın siyasi ideologiyasının əksinə, ötən illərdə iqtidar partiyasından qovulmuş müxalif düşüncəli birinə xəstəxanada şöbə müdiri vəzifəsi ərmağan edib. Ona görə ki, Vasif Əliyev öz şəxsi maraqlarına yenik düşərək orta tibb işçisi sayılan uğursuz bir stomatoloqu Göygöl MRX PHŞ-nin ümumi şöbəsinin başına gətirib. Təkcə, sonuncu deputat seçkiləri keçirilərkən seçkiləri saxta adlandırıb YAP namizədinə "savaş açmış" Əlikömək Əliyevin hansı özəl qabiliyyətlərinə görə Vasif Əliyevin diqqətini çəkməsi araşdırılmalı hadisədir.

Saytımızın əldə etdiyi məlumata görə, Göygöl MRX PŞH-də "ümumi şöbə"nin müdiri olan Əlikömək Əliyev ötən illərdə üzvlük haqqı ödəmədiyi və YAP rayon təşkilatının nüfuzuna xələl gətirdiyi üçün qovulmaya məruz qalıb. Eləcə də, yerli təşkilat müəyyən edib ki, Əlikömək Əliyev YAP-çı olduğu dönəmdə oğlunu qeyri yolla ruhi-əsəb xəstəliyi üzrə, saxta əsaslarla pensiyaya çıxarıb. Bununla bərabər, nədənsə övladının ali təhsil alaraq həm də müəllim kimi çalışmasına şərait yaradılıb. Yəqin anlayırsınız ki, hansı paradoksal durum ortadadır.

Onu da xatırlatmaq yerinə düşər ki, "dövlət tibb müəssisələrində namenklatura"ya uyğun olaraq, bir stomatoloqun (orta tibb işçisinin-red) yüksək vəzifə tutması qəti qadağandır. Yəni, Ə.Əliyevin siyasi baxışları bir yana, daşıdığı ixtisas və bilik səviyyəsi də onun vəzifə yüksəlişinə qanunla maneədir. Və hal bu ki, bir diş həkimi düz bir ildən artıq müddətdir ki, yüksək vəzifə daşıyır, nəticədə TƏBİB qəsdən "Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin adı və əməyinin ödəniş dərəcələri diapazonu" tələblərini də pozaraq Əlikömək Əliyevə qanunsuz olaraq artıq maaş hesablayır.
Xatırlatmaq yerinə düşər ki, bizdən əvvəl də Göygöl MRX PHŞ-də ümumi şöbənin müdiri Əlikömək Əliyevin fəaliyyəti qınanılıb, qalmaqallı stamatoloqun əslində Vasif Əliyev tərəfindən bir məqsədlə - kollektivi onun əli və dililə qorxutmaq məqsədilə yüksək vəzifəyə qaldırılması ifşa edilib. Lakin, TƏBİB rəhbərliyi bu məsələni qulaqardı etməyi hələ ki, üstün bilib.

Və sonda həm prezident Administrasiyasına (PA), prezidentimiz cənab İlham Əliyevin başçılıq etdiyi Yeni Azərbaycan Partiyasının (YAP) məsul şəxslərinə, xüsusilə də dövlətin əsas güc strukturu olan Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) və Baş Prokurorluğa səslənirik: Biabırçılıqları durdurun, Göygöl xəstəxanasını bir korrupsionerin və siyasi xainlərin caynağından xilas edin! Əks halda, ulu öndərimizin ruhu, onun layiqli siyasi davamçısı İlham Əliyevin etimadı hamımıza qənim olacaq!
Osman Nərimanoğlu
Demokratik.Az








Fikirlər