MSK: 2 milyon 600 min 730 bülleten sayılıb
Bu gün Milli Məclisə keçirilən V çağırış seçkilərlə əlaqədar indiyə qədər 125 seçki dairəsi üzrə 4841 məntəqə hesabat verib.
Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzindən APA-ya verilən məlumata görə, 4841 protokol daxil olub, 2 milyon 600 min 730 bülleten sayılıb.
Xatırladaq ki, respublika üzrə 2 milyon 897 min 188 seçici səs verib, seçici fəallığı 55,7 faiz olub.