Kəmaləddin Heydərov məşhur generalları işdən çıxardı - YENİ TƏYİNATLAR...
Fövqəladə Hallar Nazirliyində növbəti kadr dəyişiklikləri baş tutub.
"AzerTaym.az" bildirir ki, manset.az-ın əldə etdiyi məlumata görə, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-leytenant Şahmar Paşayev tutduğu vəzifəsindən azad edilərək, FHN-in Bakı Regional Mərkəzinin rəisi təyin edilib.
Nazirin digər əmri ilə, FHN-in Bakı Regional Mərkəzinin rəisi, general-mayor Etibar İsmayılov vəzifəsindən azad edilərək, FHN-in Xüsusi Riskli Xilasetmə xidmətinin rəisi təyin edilib.