DIN-də Növbəti Kadr DƏYİŞİKLİYİ
Daxili işlər naziri Ramil Usubovun əmri ilə Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin rəisi polkovnik-leytanant Turab Paşayev vəzifəsindən azad edilərək Bunəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi təyin olunub. Musavat.com-un məlumatına görə, Turab Paşayev general-mayor Şahmar Paşayevin oğludur. Şahmar Paşayev uzun müddət daxili işlər orqanlarında işləyib, hazırda Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisidir. AzerTaym.az