Ramil Usubovdan daha bir təyinat əmri: General oğlu rəis oldu

Daxili işlər orqanlarında yeni təyinat olub.

AzerTaym.az APA-ya istinadən məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin rəisi Urxan Şirinov tutduğu vəzifədən azad edilərək 41-ci Polis Bölməsinin rəisi təyin olunub. U. Şirinovun yerinə isə hələlik təyinat yoxdur

Bir müddət əvvəl 41-ci Polis Bölməsinin rəisi olmuş Zaur Bədəlov Qusar rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb

Qeyd edək ki, yeni vəzifəyə təyin olunan U. Şirinov Daxili İşlər Nazirliyi Katibliyinin rəisi, polis general-mayoru Nüsrət Şirinovun oğludur.






Fikirlər