Hava yollarında tətil - 400-ə yaxın reys ləğv olundu
Almaniyanın nəhəng hava yolları şirkəti "Lufthansa"nın əməkdaşları tətilə başlayıb. Azərtaym.az xarici mətbuata istinadən xəbər verir ki, tətilə görə 400-ə yaxın aviareys ləğv olunub. Onlardan 23-ü Frankfurt-na-Mayn və Düsseldorf aeroportlarından uçmalı olan reyslərdir. Noyabrın 13-dək davam edəcək tətil "Lufthansa Group"un törəmə şirkətləri olan "Lufthansa CityLine", "Germanwings, Eurowings", "Air Dolomiti", "Austrian Airlines", "SWISS" və "Brussels Airlines"ə aid olmayacaq. Bu, "Lufthansa"nın 60 illik tarixində ən uzunmüddətli tətildir. Həmkarlar İttifaqı (UFO) şirkət əməkdaşlarının tələblərini yerinə yetirmədiyi üçün işçilər tətilə qərar verib.