Sabahdan İrana qarşı sanksiyalar ləğv olunacaq

 

Avropa İttifaqı (Aİ) sabah İrana qarşı sanksiyaların ləğv olunması barədə açıqlama verəcək.

 

Bu barədə Azərtaym.az  AzVision.az-a istinadən xəbər verir. 

Məlumatda vurğulanır ki, bu qərar 2015-ci ilin sonlarında, MAQATE razılaşmanın şərtlərinin İran tərəfindən icrasını təsdiqləyəndə qüvvəyə minəcək. 

Qeyd edək ki, daha əvvəl İran parlamenti hökumətə “Altılıq” ölkələri ilə nüvə razılaşmasının şərtlərinin icra etməyə imkan verən qanun layihəsinin təsdiqləyib. 

Bu arada parlament tərəfindən qəbul olunan qanun layihəsində qeyd olunur ki, əgər rəsmi Tehrana qarşı qəbul olunan sanksiyalar ləğv olunmasa onda İran hakimiyyəti bu razılaşmadan imtina edə bilər. 

  

 

  






Fikirlər