TÜRKİYƏDƏKİ DƏHŞƏTLİ ZƏLZƏLƏDƏ HƏLAK OLANLARIN SAYI 31 MİNİ KEÇDİ - Son rəqəmlər açıqlandı (Yenilənir)

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 31 974 nəfərə çatıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd edək ki, yaralı olaraq dağıntıların altından 80 280 nəfər xilas edilib.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

 

 

***

Kahramanmaraşda baş verən və ətraf vilayətlərə dağıdıcı təsir göstərən dəhşətli zəlzələdə həlak olanların sayı 29 605 nəfərə çatıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd olunub ki, yaralı olaraq dağıntıların altından 80 278 nəfər xilas edilib.

***

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 24 617 nəfərə çatıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay məlumat verib.

Qeyd olunub ki, yaralı olaraq dağıntıların altından 80 278 nəfər xilas edilib.

***

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 22 327 nəfərə çatıb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca canlı yayımda məlumat verib.

Qeyd olunub ki, təbii fəlakət nəticəsində 80 278 nəfər yaralanıb.

***

Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində həlak olanların sayı 21 848-ə çatıb.

“AzPolitika.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Onun sözlərinə görə, yaralı olaraq dağıntıların altından 80 104 nəfər xilas edilib.

Zəlzələ nəticəsində dağılan binaların sayı isə 6 444-ə bərabər olub.

Xilasetmə işlərinə 160 000 nəfər, 10 000-ə yaxın müxtəlif texnika cəlb olunub.

***

Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 20 213 nəfərə çatıb.

“AzPolitika.info” xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 80 052 nəfər yaralanıb.

***

Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 19 875 nəfərə çatıb.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 79 717 nəfər yaralanıb.

***

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 18 342 nəfərə çatıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yaralıların son açıqlanan sayı isə 74 242 nəfərdir.

Dağılan binaların sayı 6 444 təşkil edir.

***

Türkiyədə zəlzələ nəticəsində  17 674 nəfər həlak olub.

"AzPolitika.info" xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay məlumat verib.

Zəlzələdə yaralananların sayı 72 879 nəfərdir.

***

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 17 134 nəfərə çatıb. Bu barədə AFAD-dan məlumat verilib.

Zəlzələ zamanı yaralananların sayı isə 70 347 nəfərdir.

***

Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində həlak olanların sayı 16 546-ya çatıb.

“AzPolitika.infoxəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Onun sözlərinə görə, yaralıların sayı 66 132-dür. Zəlzələ nəticəsində dağılan binaların sayı isə 6 444-ə bərabər olub.

Xilasetmə işlərinə 110 571 nəfər, 5 557 müxtəlif texnika cəlb olunub.

İlk zəlzələlərin ardından 1 052 afterşok qeydə alınıb

***

Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olanların sayı 14 min 14 nəfərə çatıb.

“AzPolitika.info” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantepdəki çıxışında deyib.

Zəlzələ nəticəsində 64 794 nəfərin yaralandığını açıqlayan Ərdoğan, axtarış-xilasetmə tədbirlərinin davam etdiyini bildirib.

***

Fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7, Elbistan rayonunda 7,6 bal gücündə zəlzələdən sonra həlak olanların sayı 12 min nəfəri keçib.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığda 12 873 nəfər həyatını itirib, 62 937 şəxs xəsarət alıb. Axtarış-xilasetmə işləri davam

***

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 9 057 nəfərə çatıb. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 52 979 nəfər yaralanıb. 

***

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 8574-ə çatıb. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Qardaş ölkədə baş vermiş təbii fəlakət nəticəsində yaralananların sayı isə 49133-ə yüksəlib.

***

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 7 108 nəfərə çatıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 40 910 nəfər yaralanıb.

Zəlzələdən sağ çıxanların sığınacağı üçün bölgədə 50.818 çadırlar quraşdırılıb.

Bütün dövlət qurumlarından, eləcə də QHT və könüllülər, Yerli Dəstək Qrupları və beynəlxalq axtarış-xilasetmə qruplarından zəlzələ bölgəsində 96 min 670 xilasedici çalışır. 

***

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 6234 nəfərə çatıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 37 011 nəfər yaralanıb.

Sağ qurtarılanların sayı isə 8 500 nəfərə yaxındır.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub.

Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

 

***

Türkiyədə baş verən zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb.

"AzPolitika" xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Təbii fəlakət nəticəsində 31 777 nəfər yaralanıb.

***

Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 4 544-ə çatıb.

Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 26 721 nəfər yaralanıb.

Sağ qurtarılanların sayı isə 8 500 nəfərə yaxındır.

***

Türkiyədə dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı 3 549-a çatıb.

Bu rəqəmi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dövlət İnformasiya-Koordinasiya Mərkəzində zəlzələ ilə bağlı danışarkən açıqlayıb.

Onun sözlərinə görə, yaralıların sayı da artaraq 22 168 olub.

Sağ qurtarılanların sayı isə 8 000 nəfərə yaxındır.

***

Türkiyədə zəlzələdə ölənlərin sayı 3 432 nəfərə çatıb. Türkiyə KİV-in xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Zəlzələ və Risk Azaltma İdarəsinin Baş direktoru Orxan Tatat məlumat verib.

Zəlzələ nəticəsində 21 103 nəfər yaralanıb.

Bildirilib ki, təbii fəlakət zamanı 5 775 bina dağılıb.

Sağ qurtarılanların sayı isə 8 000 nəfərə yaxındır.

***

Türkiyədə zəlzələdə ölənlərin sayı 2379 nəfərə çatıb. Bu barədə Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay məlumat verib.

Zəlzələ nəticəsində 14 483 nəfər yaralanıb.

Bildirilib ki, təbii fəlakət zamanı 6 217 bina dağılıb.

Sağ qurtarılanların sayı isə 7 840 nəfərdir.

***

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artmaqda davam edir. Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət nəticəsində ölənlərin sayı sayı 2316 nəfərə çatıb.

Yaralıların sayı isə 13 293 nəfərdir.

Sağ qurtarılanların sayı isə 7 340 nəfərdir.

***

Türkiyədə zəlzələdə ölənlərin sayı 1651 nəfərə çatıb. Türkiyə KİV-in xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ nəticəsində 11 119 nəfər yaralanıb.

Bildirilib ki, təbii fəlakət zamanı 3471 bina dağılıb.

***

Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1 541-ə, yaralıların sayı isə 9 733-ə çatıb.

Bu barədə Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay məlumat yayıb.

O bildirib ki, yeraltı təkanlar nəticəsində 3 471 bina tamamilə dağılıb.

***

Türkiyədə zəlzələdə ölənlərin sayı 1498 nəfərə çatıb.

Türkiyə KİV-in xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ nəticəsində 8 533 nəfər yaralanıb.

Bildirilib ki, təbii fəlakət zamanı 2834 bina dağılıb.

***

Türkiyədə zəlzələdə ölənlərin sayı 1121 nəfərə çatıb. Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ nəticəsində 7634 nəfər yaralanıb.

Bildirilib ki, təbii fəlakət zamanı 2824 bina dağılıb.

***

Türkiyədə zəlzələdə ölənlərin sayı 1014 nəfərə çatıb.

Türkiyə KİV-in xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***

Türkiyə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 912-yə çatıb. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Onun sözlərinə görə, yaralıların sayı 5385-ə yüksəlib. Türkiyə lideri ölkənin cənub-şərqindəki zəlzələnin 1939-cu ildən bəri ən iri təbii fəlakət olduğunu bildirib.

R.T.Ərdoğan qeyd edib ki, doqquz mindən çox xilasedici zəlzələdən zərər çəkən bölgələrdə axtarış işlərinə qatılıb.

Xilas edilən vətəndaşların sayı 2470 olub. Zəlzələ nəticəsində ümumilikdə 2812 bina dağılıb.

 


 

***

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 284-ə çatıb. Bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay məlumat verib.

F.Oktayın sözlərinə görə, yaralıların sayı 2323-ə yüksəlib. Zəlzələ nəticəsində 1710 bina dağılıb.

***

Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.

Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb. Təbiət hadisəsi paytaxt Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib. Zəlzələnin baş verdiyi ərazilərdə dağıntılar var.

 


 

Qaziantep şəhərində ölkədə baş verən güclü zəlzələdən sonra 6.4 maqnitudalı afterşok qeydə alınıb.

Türkiyənin, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, Bakı vaxtı ilə saat 07.30-a olan məlumata əsasən 7 şəhərdə zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.


 

 

Türkiyənin cənubundakı Adana şəhərində güclü zəlzələ nəticəsində üç hündürmərtəbəli yaşayış binası tamamilə dağılıb.

APA-nın məlumatına görə, bunu bu şəhərin meri Zeydan Karalar “Habertürk” telekanalının efirində deyib.

“3 yaşayış binası, o cümlədən 17 və 14 mərtəbəli bina tamamilə dağılıb. Xilasedicilər hələ də onlara yaxınlaşa bilməyib. Hələlik itki yoxdur”, - deyə o bildirib.

 

 

 

 






Fikirlər