Zəlzələ sonrası: Sakinlər mənzillərini TƏRK ETDİ...
Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında Bakıda zəlzələ olub. “Yeni Sabah” bildirir ki, bu şəhər sakinlərində həyəcana səbəb olub. 5 bal gücündə olan zəlzələ xüsusilə bina evlərində güclü hiss olunub. Hazırda şəhərdə xeyli insan öz mənzillərini tərk edərək binaların həyətində dayanıblar. Onlar zəlzələnin ikinci dalğasının olacağından ehtiyat edərək təhlükəsizlik tədbirləri görürlər. Zəlzələ anında vətəndaşların qeydə aldığı videonu təqdim edirik: