MİNGƏÇEVİR TEATRInın direktoru JURNALİSTİ TƏHQİR etdi — FOTO
Mingəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmmədov ölkə.az-ın əməkdaşını təhqir edərək, "razborka"ya çağırıb.
"Mən Ölkə.az saytında İntiqam Valehoğlu adlı adam (kişi) tanımıram. Sözün varsa, gəl Mingəçevirə. Ay yaramaz, ay özünü insan sanan, birdən elə bilərsən ki, səninlə Mingəçevirdə görüşmək istəmirəm. Bakıda, harada istəsən görüşək fikir mübadiləsi edək (gülür). Belə dediyim fikirlər şərəfsizlərə aiddir. Məsələn, İbrahim Salamova-sənin dostuna, İntiqam Valehoğlu".
Sosial şəbəkədə direktorun yazdığı statusa isə bir neçə nəfər təhdid dolu şərh yazaraq jurnalistə gözdağı vermək istəyib.
Xatırladaq ki, direktorun əməkdaşımıza qarşı belə davranmasına səbəb sözügedən teatrın aktyoru Asim Məmmədovun intihara cəhd etməsi ilə bağlı material olub. Asim Məmmədov Ölkə.az-a açıqlamasında intihara cəhd etdiyini, lakin dostlarının köməyi ilə bu fikirdən daşındığını söyləmişdi.