Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov dekabr ayının 23-də Mingəçevir şəhərində vətəndaşlarla görüşəcək
Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 23 dekabr 2015-ci il tarixində saat 10:00-da Mingəçevir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Mingəçevir şəhəri 20 yanvar küçəsi 172) Mingəçevir, Ağdaş, Yevlax, Goranboy və Naftalan rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Mingəçevir şəhəri 8 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Mingəçevir şəhəri, M.Maqomayev küçəsi 71, əlaqə telefonları: 024-27-4-68-98, 050-675-14-24, 050-287-06-22) xahiş olunur.