Hüseyn Bağırov Qazaxda vətəndaşları qəbul edəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, 6 avqust saat 10.00-da Qazax şəhərində yerləşən Qazax Olimpiya Kompleksində keçiriləcək qəbulda Qazax, Tovuz, Ağstafa və Şəmkir rayonlarında yaşayan vətəndaşlar iştirak edə biləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı "Qaynar xətt"i, Qazax şəhəri 2 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları xahiş olunur.