Hüseyn Bağırov Astarada vətəndaşlarla görüşdü
Görüş zamanı ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, geologiya, ətraf mühitin monitorinqi və s.
məsələlərlə bağlı 60-a yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.
Qəbula yazılmış hər bir vətəndaşın müraciətini dinləyən nazir, şikayətlərin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun qısa vaxt ərzində araşdırılaraq dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib. Görüş zamanı vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, qaldırılmış problemlərin əksəriyyəti yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər isə Nazirliyin idarə və təşkilatları tərəfindən müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.