Ziya Məmmədov Lənkəranda vətəndaşları qəbul edəcək
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov fevralın 25-də Lənkəran şəhərində Lerik, Astara və Lənkəran rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Nazirlikdən verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı fevralın 25-də 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaqdır:
Lənkəran: “42 saylı Yol İstismarı İdarəsi” (Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi, 340)
Astara: “52 saylı Yol İstismarı İdarəsi” (Astara rayonu, Pensar kəndi, Ələt-Astara a/y 222 km)
Lerik: “43 saylı Yol İstismarı İdarəsi” (Lerik şəhəri, Elmar Qarayev küçəsi, 74)