24.02.2014. - Ziya Məmmədovla görüşmək istəyənlərin Nəzərinə!
Nəqliyyat naziri Ziya Məmmədov
fevralın 28-də Goranboy şəhərində Goranboy, Yevlax, Bərdə və Tərtər rayonlarından olan vətəndaşları qəbul edəcək.
AzərTaym İnformasiya Portalına Nəqliyyat Nazirliyindən verilən məlumatda bildirilir ki, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı fevralın 26-da saat 9-dan 18-dək aşağıdakı ünvanlarda aparılacaq:
Goranboy 19 saylı Yol İstismarı İdarəsi (Goranboy şəhəri, M.Müşfiq küçəsi, 1);
Yevlax 18 saylı Yol İstismarı İdarəsi (Yevlax şəhəri, Nizami küçəsi, 10);
Bərdə 28 saylı Yol İstismarı İdarəsi (Bərdə rayonu, Qaradağlı kəndi);
Tərtər 29 saylı Yol İstismarı İdarəsi (Tərtər şəhəri, H.Əliyev prospekti, 96).