Uşaq bağçalarında biabırçı vəziyyət
Komitədən Azertaym.az saytına verilən məlumatda deyilir ki, Gəncə şəhəri və Goranboy rayonundakı körpələr evi və uşaq bağçalarında qidalanmanın səviyyəsi araşdırılıb.
Xəbərdə deyilir ki, Gəncə şəhəri DOS-6 ünvanında yerləşən 10 saylı uşaq bağçası-körpələr evi, Nərimanov prospektində yerləşən 26 saylı körpələr evi-uşaq bağçası, Zərdabi küçəsində yerləşən 28 saylı körpələr evi-uşaq bağçası, Ü.Hacıbəyov küçəsi, ev 1 ünvanında yerləşən 33 saylı körpələr evi-uşaq bağçası, H.Əliyev prospekti, 16 ünvanında yerləşən 47 saylı körpələr evi-uşaq bağçası, Goranboy rayonu Ü.Hacıbəyov küçəsində yerləşən 1 və 2 saylı uşaq bağçaları yoxlanılıb.
Bəlli olub ki, yeməklər müvafiq qaydada təsdiq edilmiş texnoloji təlimat və reseptura olmadan hazırlanır. Müəssisə rəhbərləri “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması” dövlət standartı haqqında məlumatlı olmayıblar. Yoxlamalar zamanı bağçaların mətbəx və anbarının istismara tamamilə yararsız vəziyyətdə olduğu, mətbəx və anbarın digər otaqlarda yerləşdiyi aşkar edilib. Müəssisələrdə mal qonşuluğuna və saxlanma şəraitinə riayət olunmayıb, müxtəlif ərzaq məhsullarının bir yerdə və eyni temperaturda saxlanılıb. Həmçinin müəyyən olunub ki, mətbəxdə işlədilən qablar köhnədir. Nöqsanlarla bağlı tədbir görülməsi üçün bağça rəhbərlərinə vaxt verilib.