11.01.2014. - Bakıda təbiətə divan tutdular - FOTOLAR

11.01.2014. -  Bakıda təbiətə divan tutdular - FOTOLAR SOS! SOS! SOS!!! Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Bakı Şəhər Ekologiya Departamentinin menyüsünə-Şəhərdə ağac soyqırımı həyata keçirilir!
Yasamal rayonu ərazisində yerləşən Onkoloji Xəstəxananın həyətindəki qocaman küknar ağacları "gözəgörünməz məxluqlar" tərəfindən vəhşicəsinə kəsilərək məhv edilib.
Həmin ünvanda yaşayan sakinlərin saytımıza verdikləri məlumatdan sonra əməkdaşımız sözü gedən ərazidə olmuş, xeyli ağacların kəsilərək doğrandığının şahidi olmuşdur.Ətraf ərazi,yaşıllıqlar bərbad hala salınmış,təbiətə külli miqdarda maddi ziyan dəyibdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova şifahi sorğumuza açıqlamasında bildirdi ki, həmin sahə ilə məşğul olan departamentin əməkdaşları ağac kəsilən ünvana göndəriləcəklər. Araşdırma aparılandan sonra əlavə məlumat veriləcək.

Fikirlər