Xızıdakı yanğın artıq meşələrə keçdi...

Xızıdakı yanğın artıq meşələrə keçdi...Xızı rayonunun Dizəvər yaylağında baş vermiş yanğınnın əhatə dairəsi genişlənib. Artıq meşə fondu da yanır.

Bu barədə virtualaz.org saytına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Xəbərdə deyilir ki, küləkli hava şəraiti ilə əlaqədar yanğın meşə fondu torpaqlarına keçib.

Yanğının daha geniş əraziyə keçməsinin qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 50 nəfərlik heyəti də Xızı rayonuna yola düşüb.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

* * * 15:36

İyulun 28-də saat 12 radələrində Xızı rayonunun Dizəvər yaylağında yanğın baş verib.

Virtualaz.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, naməlum səbəblərdən baş verən yanğının söndürülməsi və meşə fondu torpaqlarına keçməsinin qarşısının alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub.

Hazırda meşə fondu ilə sərhəd olan yaylaqda baş vermiş yanğının qarşısının alınması istiqamətində ciddi və operativ işlər davam etdirilir.

Lap son məlumata görə, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Aviasiya dəstəsinin helikopteri də qeyd edilən tüstülənmə ocaqlarının söndürülməsinə cəlb olunub.






Fikirlər