Nazir meşə yanğınlarından danışdı

Nazir meşə yanğınlarından danışdı"Meşə yanğınları havaların quraq keçməsi ilə bağlıdır. Bu il yayda quraqlıq olsa da, elə geniş miqyaslı yanğınlar baş vermədi. Yananlar da, kol-kos idi".

Bunu mediaya açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.

Nazirin sözlərinə görə, yanğınların qarşısını Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti ilə birgə alıblar: "Elə yanğınlar oldu ki, davam etdi, amma böyük fəlakətlərə səbəb olmadı. Meşə yanğınların əsas səbəbi insanlardır. Onlar istirahət edən zaman ocaq qalayırlar və bu da yanğına səbəb olub. Bu baxımdan biz öz fəaliyyətimizi qurmuşuq. Yanğınlar həm dairəvi ildırım çaxması, bir neçə ağacın budaqlarının birləşməsindən əmələ gəlir. Həm də digər təbiət hadisələri zaman baş verir".






Fikirlər