BAKIDA kütləvi dava: FƏHLƏ BIÇAQLANDI
Bakıda qapı-pəncərə sexində kütləvi dava zamanı fəhlə bıçaqlanıb. "Report" un xəbərinə görə, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, 5 ünvanında yerləşən qapı-pəncərə sexinin 5 əməkdaşı arasında əlbəyaxa dava olub. Nəticədə 1966-ci il təvəllüdlü Fərhadzadə Hüseyn Zəfərqulu oğlu bıçaqlanıb. O, aldığı xəsarətlərə görə, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis bölməsinin əməkdaşları əraziyə cəlb edilib. Bir nəfər şübhəli şəxs qismində saxlanılıb.