Teleqüllə yaxınlığında çatların eni 1 metrə çatdı - TƏHLÜKƏ BÖYÜYÜR

Bakı Televiziya Qülləsi yaxınlığındakı sürüşmə sahəsində son vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, "Teleqüllə” sürüşmə sahəsi aktivləşib.
Onun sözlərinə görə, həm torpaq qatında, həm də istinad divarında çatların ölçüləri genişlənib.
"Bütün istinad divarı boyunca 15-20 santimetr ölçüsündə çatlar əmələ gəlib. Torpaq qatında elə yer var ki, çatların eni 1 metrə, dərinliyi 6-7 metrə çatır. Bundan əlavə, torpaq qatında müxtəlif istiqamətli çox saylı çatlar əmələ gəlib. Biz hazırla onların üzərində müşahidələr aparırıq”, - deyə ekspedisiya rəisi qeyd edib.
Qeyd edək ki, "Teleqüllə” sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub – şərqdə yerləşir. Sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub.






Fikirlər