Çavuşoğlu BAKIDADIR
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gəlib. M. Çavuşoğlu bu gün Bakıda keçiriləcək Azərbaycan-İran-Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşünə qatılacaq. Bildirilir ki, görüşdə əsasən, üçtərəfli əməkdaşlıq, ölkələr arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq. Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı nəzərdə tutulur. (apa)