"AZƏRBAYCAN hər zaman TÜRKİYƏNİN yanındadır"

Mövlud Çavuşoğlu və İlham ƏliyevPrezident İlham Əliyev Türkiyə Xarici İşlər naziri M. Çavuşoğlunu qəbul edib.

Mövlud Çavuşoğlu və İlham Əliyev

Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

ANS PRESS-in “Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, prezident Ankarada baş vermiş terror aktı zamanı həlak olanlar üçün başsağlığını çatdırıb. “Bu ağır günlərdə Azərbaycan xalqı hər zaman olduğu kimi, türk xalqının yanındadır ”, - deyə dövlət başçısı qeyd edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş vermiş faciə ilə əlaqədar Bakıya gələ bilməməsini anlayışla qarşıladığını bildirən İlham Əliyev planlaşdırılan toplantının yaxın zamanlarda baş tutacağını diqqətə çatdırıb.

M. Çavuşoğlu başsağlığı diləklərinə və dəstəyə görə İlham Əliyevə təşəkkür edib.

Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu
Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu

M.Çavuşoğlunun səfəri Azərbaycana bu gün baş tutub. Türkiyəli nazir əvvəlcə azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşüb, görüşdən sonra birgə mətbuat konfransı keçirilib.

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri gözlənilirdi, lakin ötən gün Ankarada baş verən terror aktı dövlət başçısını səfəri təxirə salmağa məcbur edib.

AzerTaym.az






Fikirlər